Polis FİFA-ya basqın etdi

18:56 - 3 İyun 2016

Sənədlər və elektron məlumatlar müsadirə edilib

 

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib.

 

Sportal.az xəbər verir ki, ofisdəki sənədlər və elektron məlumatlar müsadirə edilib.

İsveçrə məhkəməsinin qərarına əsasən həyata keçirilən əməliyyatın FİFA-nın sabiq prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Valke ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi rüşvət almaları ilə bağlı Blatteri 6, Valkeni isə 12 il müddətinə futbol müsabiqələrində fəaliyyətdən kənarlaşdırıb.

Xəbər xətti