"Börnli"nin futbolçusu yığmamızla matçdan danışdı

13:58 - 4 İyun 2016

"Yaxşı komanda ilə qarşılaşdıq”
 
Millimizlə 1:1 hesablkı heç-heçə edən Kanada yığmasının futbolçusu Skott Erfild oyunla bağlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, "Börnli"nin futbolçusu Skott Erfild bunları söyləyib:
 
“Bu toplanış daha çox fiziki, fitnes hazırlığına və psixoloji duruma hesablanmışdı. Baş məşqçinin istədiklərini yerinə yetirdik. Vurduğumuz qol epizodunda Akindelenin yaxşı mövqedə olduğunu görüb, ötürmə verdim. O, əvvəlki formasına yeni qayıdıb. Düşünülmüş hücumu məntiqi sonluğa çatdırdıq. Bu, çox sevindiricidi. Rəqib də yaxşı komanda idi”.

Xəbər xətti