"Mən ulduz futbolçu deyiləm"
"Zirə"nin hücumçusu Nelson Bonilla Salvador mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, Bonilla yoldaşlıq oyunlarında məğlubiyyətlərdən danışıb:
"Yaxşı komanda olmağımız üçün zaman lazımdır. Heyətimizdə təcrübəli və Avropada çıxış edən futbolçular olmalıdır. Tək nə edə bilərəm axı? Mən ulduz futbolçu deyiləm. Biz istəmirdik ki, hər iki görüşdə uduzaq. Problemlərimiz çoxdu. Bunları aradan qaldırmalıyıq. Amma bizi yaxşı günlər gözləyir".
Qeyd edək ki, Salvador millisi yoldaşlıq matçlarında Peruya 1:3, Ermənistana 0:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi