"Neftçi"nin futbolçusu Bolqarıstan klubuna keçir

13:30 - 5 İyun 2016

"Levski" ilə müqavilə imzalaya bilər
 
"Neftçi"nin ispaniyalı hücumçusu Salas Antonio Kinta (Anyete) yenidən Bolqarıstana qayıda bilər.
 
Sportal.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Anyete hazırda Sevilyada məhz "Levski"də çıxış edən dostu Migel Bedoya ilə istirahət edir. Ehtimal olunur ki, Anyetenin "Neftçi" ilə müqaviləsinin müddəti rəsmən bitən kimi, o, azad agent statusu alaraq, "Levski" ilə müqavilə imzalayacaq.

Xəbər xətti