Premyer Liqa klubunun səhmləri satıldı

15:09 - 5 İyun 2016

Klubun yeni sahibləri amerikalı iş adamları oldu
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Suonsi Siti" klubunun səhmləri satılıb.
 
Sportal.az xəbər verir ki, klub amerikalı iş adamlarına satılıb. Komandanın yeni sahibləri - Ceyson Levien və Stiv Keplen "Suonsi Siti"nin səhmlərinin 60 faizini alıb.
 
Xatırladaq ki, "Suonsi Siti" Premyer Liqada mösümü 12-ci pillədə başa vurmuşdu.

Xəbər xətti