"Borussiya"dan daha bir transfer

00:48 - 6 İyun 2016

12 milyon avro qarşılığında
 
Mark Bartranı "Barselona"dan transfer edən Dortmund "Borussiya"sı heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Loryan"ın sol cinah müdafiəçisi Rafael Querreyronu transfer edib. Portuqliya millisinin üzvü olan 22 yaşlı futbolçu "Borussiya" Dortmunda 12 milyon avroya başa gəlib.
 
Dortmund "Borussiya"sı AÇ-2016-dan sonra bu transferi ictimaiyyətə təqdim edəcək.

Xəbər xətti