"İnter" argentinalı futbolçu transfer etdi

17:58 - 6 İyun 2016

Ever Baneqa İtaliya klubunda

 

İtaliyanın "İnter" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Seviliya"nın argentinalı futbolçusu Ever Baneqanı heyətinə cəlb edib. Hazırda Argetnina millisinin düşərgəsində olan futbolçu bu barədə özü açıqlama verib: "İnter"lə razılığa gəlmişəm. Amerika kubokundan sonra klubun düşərgəsinə yollanacam".

 

Qeyd edək ki, "İnter" daha öncə Türkiyə milli komandasının üzvü Caner Erkini transfer etmişdi.

Xəbər xətti