Tərlan Əhmədli ilə sözləşmə uzadıldı
"Sumqayıt" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportal.az xəbər verir ki, "kimyaçılar" qapıçı Tərlan Əhmədli ilə müqavilə müddətini uzadıb. Yeni sözləşməyə əsasən gənc qolkiper daha bir il "Sumqayıt"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçisi daha öncə Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Amil Yunanov və Amit Quluzadə ilə də yeni müqavilə imzalayıb.
saytlarin hazirlanmasi