Maah da komandadan getdi
Türkiyə PTT I Liqasında mübarizə aparan "Göztəpə” klubu heyətindəki legionerlərlə yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, İzmir təmsilçisi artıq bu yöndə ilk addımını atıb. Türkiyə mətbutında yer alan xəbərə görə, komanda fransalı futbolçusu Robert Maahla yollarını ayırıb. Mövsümün əvvəlində "Orleans” klubundan komandaya cəlb olunan 31 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
Baş məşqçi postuna Okan Buruku gətirən İzmir təmsilçisi yaxın günlərdə daha bir futbolçusu ilə yollarını ayıracaq. Söhbət mövsümün əvvəlində "Qarabağ”dan komandaya transfer edilən Leroy Corcdan gedir. Hollandiyalı futbolçunun müqaviləsinin də yaxın günlərdə qarşılıqlı razılıq əsasında pozulacağı bildirilir.
Qeyd edək ki, "Göztəpə” 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşı rənglərinə bağlamaq niyyətindədir.
saytlarin hazirlanmasi