Danışılmış oyunlarda iştirak etdiyi üçün...
UEFA son Albaniya çempionu "Skenderbeu"nu 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.
Sportal.az xəbər verir ki, buna səbəb klubun danışılmış oyunlarda iştirakı olub. Bu barədə məlumatı "Skenderbeu"nun saytı yayıb. Korçe təmsilçisi cəzayla razı olmadığını, qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəklərini qeyd ediblər.
Xatırladaq ki, "Skenderbeu" Çempionlar Liqasının 2013/14 mövsümünün 2-ci təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı.
saytlarin hazirlanmasi