Messi məhkəmədə qalib gəldi

01:41 - 7 İyun 2016

Aldığı təzminatı bağışlayacaq
 
"Barselona”nın və Argentina milli komandasının ulduz futbolçusu İspaniya qəzetlərindən birinə məhkəmədə qalib gəlib. 
 
Sportal.az xəbər verir ki, Messi məhkəmənin qərarına əsasən 65 min avro təzminat qazanıb. Argentina milli komandasının üzvü həmin məbləği Sərhədsiz Doktorlar Təşkilatına bağışlayacaq. 
 
Qeyd edək ki, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Almaniya – Argentina milli komandaları arasında baş tutan matçdan sonra "La Razon” qəzetində onun ünvanına təhqiramiz ifadələrin yazılması iddiası ilə Messi məhkəməyə müraciət etmişdi. 

Xəbər xətti