Əmrə Mor "Borussiya"da
Türkiyə milli komandasının və Danimarkanın "Nordsyaelland” klubunun üzvü Əmrə Morun yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, adı "Liverpul”, "Bavariya”, "Yuventus” və "Borussiya” Dortmund kimi klublarla hallanan futbolçu seçimini edib. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi "Borussiya” Dortmunda transfer olub.
Bu transfer "Borussiya"ya 16 milyon avroya başa gəlib.
saytlarin hazirlanmasi