Erməni futbolçunun Təbriz klubuna keçidi baş tutmadı

16:54 - 7 İyun 2016

Aroyan “Taktor Sazi”da oynamayacaq

 

Ermənistanın "Pünik" klubunun futbolçusu Varazdat Aronyanın Cənubi Azərbaycanın "Traktor Sazi" klubuna keçidi alınmayıb.

 

Sportal.az xəbər verir ki, Təbriz klubu futbolçu ilə maraqlansa da, klubun çoxsaylı azərbaycanlı azarkeşi buna mane olub.

 

Əvvəlcədən Aroyanla 2 illik müqavilə nəzərdə tutulsa da, qərar ləğv olunub. Klubun idman direktoru Mustafa Adjorlu da bu barədə məlumat verib. O bildirib ki, Aroyan “Taktor Sazi”da oynamayacaq.

Xəbər xətti