Azərbaycanlı futbolçuya türk klublarından təklif var

16:04 - 8 İyun 2016

2 klubdan təklif alıb

 

Azərbaycanlı futbolçu Elnar Kərimov karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, təcrübəli qapıçı Türkiyənin 3-cü liqasında mübarizə aparan 2 klubdan təklif alıb. Əgər danışıqlar uğurla nəticələnsə yaxın günlərdə Kərimov müqavilə imzalamaq üçün qonşu ölkəyə gedəcək.

 

Qeyd edək ki, bir vaxtlar "Qəbələ"nin şərəfini qorumuş qolkiper Türkiyə 3-cü liqasında mübarizə aparan "Bartınspor" və "Serhat Ardahanspor" klublarında da çıxış edib.

Xəbər xətti