Azərbaycanda futbol klubu yenidən bərpa olunur: İyunun 10-da rəsmən açıqlanacaq

00:33 - 9 İyun 2016

"Şuşa Qarabağ" yenidən fəaliyyətə başlayır
 
İyunun 10-da Bakıda “Şuşa-Qarabağ” Peşəkar Futbol Klubunun yenidən bərpa olunması ilə əlaqədar tədbir keçiriləcək.
 
Sportal.az publika.az- istinadən xəbər verir ki, tədbirdə klubun üzvləri ilə yanaşı, AFFA-nın nümayəndələri və digər idman ictimaiyyətinin iştirakı gözlənilir.
 
Xatırladaq ki, “Şuşa-Qarabağ” futbol klubu ötən illər ərzində Şuşa camaatı və Şuşanı sevən bir qrup şəxslər tərəfindən yaradılıb. Ancaq maliyyə problemləri ilə qarşılaşan klub fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
 
Bu il mayın 23-də keçirilən iclasda isə klubun yeni rəhbər heyəti və baş məşqçisi təyin olunub.

Xəbər xətti