7 cavabsız top
Portuqaliya millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, Fernando Santuşun komandası Estoniya ilə qüvvəsini sınayıb. Görüş Portuqaliyanın böyükhesablı qələbəsi ilə başa çatıb – 7:0. Kriştian Ronaldo və Rikardo Quarejma dublla yadda qalıb.
Qeyd edək ki, Portuqaliya “Avro-2016”da ilk oyununu iyunun 14-də İslandiyaya qarşı keçirəcək.
8 iyun
Yoldaşlıq oyunu
Portuqaliya – Estoniya 7:0.
Qollar: Ronaldo, 36, Quarejma, 39, Ronaldo, 45, Pereyra, 55, Mets, 61-avtoqol, Quarejma, 77, Eder, 88
saytlarin hazirlanmasi