Türkiyə millisinin üzvü Braziliya klubunda FOTO

20:09 - 9 İyun 2016

"Koritiba” klubu ilə müqavilə imzaladı
 
Türkiyə milli komandasının futbolçusu, son olaraq Şotlandiyanın "Seltik” klubunun formasını geyinən Kolin Kazım Riçardsın yeni komandasının adına aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, "Qalatasaray” və "Fənərbaxça”nın sabiq üzvü Braziliya A Seriyasında mübarizə aparan "Koritiba” klubu ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2 ildir.
 
Qeyd edək ki, Kazım 2007-ci ildən Türkiyə milli komandasında forma geyinir. O, millinin heyətində 37 oyuna 2 qol vurmağı da bacarıb.
 

Xəbər xətti