Türkiyə ilə oyundan öncə seks qadağası

01:59 - 10 İyun 2016

"Düşünürəm ki, oyundan əvvəl heç kim sekslə məşğul olmayacaq"
 
Xorvatiya milli komandasının baş məşqçisi Ante Kaçiç Fransada təşkil olunacaq Avropa çempionatı çərçivəsində Türkiyə millisi ilə oynayacaqları qarşılaşmadan əvvəl maraqlı qərar qəbul edib. 
 
Sportal.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı futbolçularına oyundan əvvəl sekslə məşğul olmamağı tapşırıb. 
 
Mütəxəxsis turnir ərzində özünün də bundan uzaq olmağa çalışacağını bildirib: "Turnirdən öncə bir neçə futbolçumuzla danışmışam. Düzdü, heç kim rəfiqələri ilə olan münasibətdən söz açmadı. Düşünürəm ki, oyundan əvvəl heç kim sekslə məşğul olmayacaq. Mən özüm də daxil olmaqla”. 

Xəbər xətti