"Şəraitin yaxşılaşmasını tələb edirik"
Salvador yığmasının və "Zirə"nin hücumçusu Nelson Bonilya ölkəsinin milli komandasındakı problemlərdən danışıb.
Sportal.az xəbər verir ki, Bonilla ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Növbəti məğlubiyyətdən sonra komanda coşub. Çox adam başa düşmür ki, biz ölkəmizi təmsil edirik. Bunun üçün də şəraitin yaxşılaşmasını tələb edirik. Yığmada artıq əvvəlki atmosfer yoxdur. Hətta elə futbolçular var ki, federasiya ilə bağlı problemlərə görə yığmada oynamaq istəmir. Hətta mən də bu addımı atmaq istəyirdim. Amma agentim mənə xəbərdarlıq etdi. Baş məşqçiyə gəlincə, bizim onunla temp tutmağımız çətindir. O, taktik deyil və bizə lazım olan vəziyyətdə necə oynamaq lazım olduğunu izah etmir. Bu da çox pisdir".
saytlarin hazirlanmasi