Əli Səmədov, Fərid Məmmədov və Elcan Rəhimov
İyun ayının 11-dən 21-nə kimi Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçəcək “Kəpəz”lə qardaş ölkəyə əvəzedici heyətin üç üzvü də yollanacaq.
Sportal.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "dubl"dan Əli Səmədov, Fərid Məmmədov və Elcan Rəhimov baş məşqçi Şahin Diniyevin sərəncamında olacaq.
Səmədov ötən mövsümün ilk yarısından sonra əsas komandaya cəlb olunsa da, mütamadi olaraq əvəzedicilərin çempionatında top qovub. Bununla belə, 19 yaşlı yarımmüdafiəçi elitada “sarı-göylər”in heyətində debüt etmək imkanı da qazanıb. O, Premyer Liqanın “Kəpəz” – “Xəzər Lənkəran” oyununda Gəncə klubunda ilk oyununa çıxıb.
Fərid Məmmədova gəlincə, gənc hücumçu “Kəpəz”in Yevlax toplanışlarından birində məşqçilər korpusu tərəfindən sınanıb. Əvəzedicilərin ən sərrast futbolçusu olan Məmmədov vurduğu qollarla diqqəti cəlb edib. O, çempionatda 14 qola imza atıb.
17 yaşlı sol cinah müdafiəçisi olan Elcan Rəhimovun adı Premyer Liqanın son turunda - “Qəbələ” ilə ev oyununda “18-liy”ə daxil edilsə də, arxa xətt oyunçusu meydana çıxmaq şansı əldə etməyib.
saytlarin hazirlanmasi