Gündə iki dəfə
İyun ayının 11-də Türkiyəyə yollanan “Kəpəz” dünəndən təlim-məşq toplanışına başlayıb. Komanda Ərzurumda hazırlıq keçir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” səhər və axşam olmaqla gündə iki dəfə məşq edir. Toplanışın əsas hissəsi fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Ayın 21-nə kimi Ərzurumda qalacaq Gəncə klubu bu müddətdə iki yoxlama oyunu da keçirəcək.
saytlarin hazirlanmasi