"Sevilya"dan rəsmi transfer

17:58 - 13 İyun 2016

Yapon futbolçu ilə 4 illik müqavilə imzalanıb

 

İspaniyanın "Sevilya" klubu heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əndəlus təmsilçisi Almaniyanın "Hannover" klubundan Xiroşi Kiyotakeni heyətinə cəlb edib.  İspanlar Yaponiya milli komandasının üzvünün transferi üçün qarşı tərəfə 6 milyon avro ödəyib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Xəbər xətti