Fequli "Vest Hem"də
"Valensiya" ilə müqaviləsi başa çatan Sofian Fequlinin yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Əlcəzair milli komandasının üzvü karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Belə ki, 26 yaşlı futbolçu bu ölkənin "Vest Hem" klubu ilə anlaşıb. Fequli London klubu ilə 3 illik müqaviləyə imza atıb. Bu barədə "Vest Hem"in prezidenti David Sullivanın oğlu Cek Sullivan öz "tvitter" hesabında məlumat verib.
Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubu da əlcəzairli yarımmüdafiəçini transfer etmək üçün mübarizə aparırdı.
saytlarin hazirlanmasi