Jayro paytaxt klubunda qaldı
"Neftçi”də yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı müdafiəçi Jayro Filyo Rodrigesin müqavilə müddətini artırıb.
Movsümün əvvəlində Braziliyanın "Trofense” klubundan komandaya cəlb olunan 24 yaşlı futbolçu daha bir il "ağ qaralar”ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Filyo ötən mövsüm "Neftçi”nin heyətində 20 oyuna çıxmış və 2 oyunda fərqlənməyə nail olmuşdu.
saytlarin hazirlanmasi