"Neftçi"də heyətlə bağlı problemlər: Avropa Liqasına 17 yaşlı qapıçı ilə hazırlaşır

11:11 - 16 İyun 2016

Maksim Vaylo və Kamran İbrahimovun ümidinə qalıblar
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi” heyət baxımından problemlərlə üzləşib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Aqil Məmmədovla vidalaşan "Nefçi” indi iki gənc qapıçının ümidinə qalıb. Bunlar Maksim Vaylo və Kamran İbrahimovdu. 
 
Maksim Vaylo ötən mövsüm bir neçə oyunda meydana çıxsa da, İbrahimovun belə bir təcrübəsi yoxdu. 17 yaşlı qolkiper əsasən aşağı yaş qrupları üzrə komandaların çempionatında çıxış edib. Buna baxmayaraq "Neftçi” hazırda qapıçı axtarışındadı və bəzi variantları nəzərdən keçirir. 
 
Qeyd edək ki, "Neftçi” yeni qapıçı transfer etməsə, Avropa Liqasında 17 yaşlı İbrahimovun ümidinə qalacaq. Belə ki, hazırda əsas qapıçı sayılan Maksim Vaylo ötən mövsüm "Mladost”la qarşılaşmada qırmızı vərəqə almışdı və UEFA tərəfindən 3 oyunluq diskvalifikasiya edilmişdi.

Xəbər xətti