"Desna” ilə anlaşıb
Ötən mövsümün qıs fasiləsində "Rəvan”dan ayrılan ukraynalı qapıçı Konstantin Maxnovskinin işsiz günləri başa çatıb.
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper karyerasını ölkəsində davam etdirməyə qərar verib. Bir müddət öncə "Dnepr”də baxışda olan, lakin sınaqdan uğurla keçə bilməyən Maxnovski birinci liqa təmsilçisi "Desna” ilə anlaşıb.
Qeyd edək ki, Maxnovski "Rəvan”dan öəncə "Legiya”, "Obolon” və "Sevastopol” klublarının da formasını geyinib.
saytlarin hazirlanmasi