ABŞ Argentina ilə qarşılaşacaq
	 
	Kopa Amerika turnirində yarımfinalçılar müəyyənləşib.
	 
	Sportal.az xəbər verir ki, finala vəsiqə uğrunda matçda Argentina turnirə ev sahibliyi edən ABŞ-la qarşılaşacaq. Yarımfinal mərhələsinin digər oyunu isə Kolumbiya və Çili yığmaları arasında baş tutacaq.
	 
	ABŞ - Argentina matçı iyunun 22-də Bakı vaxtı ilə saat 05:00-da keçiriləcək. Çili - Kolumbiya görüşü isə 23 iyun saat 04:00-da baş tutacaq.
                      
saytlarin hazirlanmasi