"İnter"in sabiq futbolçusu paytaxt klubunda

15:08 - 19 İyun 2016

1 illik müqavilə imzaladı
 
Bakının "İnter” klubunun sabiq futbolçusu Matiya Şpiçiçin yeni komandasının adına aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, 2015-ci ildə "İnter”dən ayrılan futbolçu karyerasını Gürcüstanda davam etdirəcək. "İnter”dən ayrıldıqdan sonra ötən mövsümü "Osiek”də keçirən müdafiəçi "Dinamo” ilə anlaşıb. 28 yaşlı xorvatiyalı futbolçu Tbilisi təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, cari mövsüm başa çadıqdan sonra "İnter”i tərk edən Georgi Lomaya da "Dinamo" Tiblisi ilə 1 illik müqavilə imzalamışdı.

Xəbər xətti