"Nəticə bizim üçün ön planda deyildi"
Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda qolsuz heç-heçəyə imza atan “Kəpəz” hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev dünən keçirdikləri sınaq matçı ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
“Əsas olan nəticə deyildi, ona görə qarışıq heyətlə oynadıq. Hər hissədə meydana fərqli heyət buraxmışdıq. Oyun günü səhər fiziki məşq də etmişdik. Ümumiyyətlə, bu toplanışın əsas məqsədi fiziki durumu yaxşılaşdırmaqdır. Bu səbəbdən nəticə bizim üçün ön planda deyildi. Heyətin formalaşması üçün komandaya baxdım. Mənə elə gəlir ki, yorğunluğun fonunda uşaqlar pis oynamadı. Çoxlu qol vəziyyətlərimiz oldu, amma istifadə edə bilmədik. Bu da aydın məsələdi, yenilənmiş heyətlə ilk oyunumuz idi. Düzgün formada hazırlaşırıq, doğru istiqamətdəyik. Səhvlərimiz üzərində işləyirik, çalışacağıq ki, ikinci görüşdə əsas heyəti təyin edək. Toplanışın ikinci mərhələsində texniki və taktiki hazırlıq üzərində işləyəcəyik”.
saytlarin hazirlanmasi