Klublarımızın Avropa Liqasında potensial rəqibləri məlum oldu

13:29 - 20 İyun 2016

I və II təsnfiat mərhələsinin püşkü
 
Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkü atılacaq.
 
Sportal.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edəcək “Neftçi”, “Qəbələ” və “Kəpəz”in də rəqibləri bəlli olacaq. Püşkatma Bakı vaxtilə saat 15:00-da başlayacaq.
 
Artıq klublarımızın potensial rəqibləri də məlum olub:
 
"Neftçi"nin potensial rəqibləri: "Balzan" (Malta), "Çixura" (Gürcüstan), "Spartak" (Slovakiya), "Sloboda" (Bosniya və Hersoqovina), "Rudar" (Monteneqro)
 
"Qəbələ"nin potensial rəqibləri: "Qoritsa" (Sloveniya"), "Radnik" (Bosniya və Hersoqovina), "Samtrediya" (Gürcüstan), "La Fiorita" (San-Marino), "Sileks" (Makedoniya)
 
"Kəpəz"in potensial rəqibləri: "Daçiya" (Moldova), "Aktobe" (Qazaxıstan), "Zaqlebiye" (Polşa), "Slovan" (Slovakiya)

Xəbər xətti