Çempionlar Liqasında I və II təsnifat mərhələsinin cütlükləri

14:39 - 20 İyun 2016

ÇL-nın I və II təsnifat mərhələsinin püşkü
 
Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Çempionlar Liqasında I və II təsnifat mərhələlərinin cütlükləri müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu "Qarabağ" Lüksemburqun "Dudelanj" klubu ilə qarşılaşacaq.
 
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.
 
Çempionlar Liqasında I və II təsnifat mərhələlərinin cütlükləri:
 
I təsnifat mərhələsinin cütlükləri:
 
TNS (Uels) - “Tre Penne” (San-Marino)
“Santa Koloma” (Andorra) - “Alaşkert” (Ermənistan)
“Valletta” (Malta) - “Torshavn” (Farer adaları)
“Flora” (Estoniya) - “Linkoln” (Cəbəllütariq)
 
II təsnifat mərhələsinin cütülükləri:
 
"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)
“Hapoel” (Beyer-Şeva, İsrail) - "Şeriff" (Moldova)
"Olimpiya" (Sloveniya) - "Trençin" (Slovakiya)
 "Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya)
"Vardar" (Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
TNS (Uels) - “Tre Penn” (San-Marino) cütünün qalibi - APOEL (Kipr)
“Zrinski” (Bosniya və Herseqovina) - "Legiya" (Varşava, Polşa)
"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro)
"Dinamo" (Tiflis, Gürcüstan) - "Santa Koloma" (Andorra) - "Alaskert" (Ermənistan) cütünün qalibi
“Jalgiris” (Litva) - "Astana" (Qazaxıstan)
"Skenderbeu” (Albaniya) - “Ferensvaroş” (Macarıstan)
BATE (Belarus) - SJK (Finlandiya)
"Valetta" (Malta) - “Torşan” (Farer adaları) cütünün qalibi - "Srvena Zvezda" (Serbiya)
"Rusenborq" (Norveç) - “Nörçepinq” (İsveç),
"Dandalk" (İrlandiya) - "Hafnarfyorfdur” (İslandiya)
“Flora” (Estoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi - "Seltik" (Şotlandiya)
“Kruzaders” (Şimali İrlandiya) - "Kopenhagen" (Danimarka)

Xəbər xətti