"Zirə"nin futbolçusu rəsmən Portuqaliya klubunda FOTO

22:46 - 20 İyun 2016

3 illik müqavilə imzalandı
 
"Zirə"nin forvardı Nelson Bonillanın Portuqaliya "Nasional" klubu ilə razılığa gəldiyi haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu bu gün yeni komandası ilə rəsmi müqaviləyə qol çəkib. Bonilla "Nasional"la 3 illik müqavilə imzalayıb.
 
Əlavə edək ki, "Nasional" bu transfer üçün "Zirə"yə 100 min avro ödəyib.
 
Qeyd edək ki, Bonillanın "Nasional"a keçəcəyi haqda ilk olaraq Sportal.az saytı məlumat vermişdi.
 

Xəbər xətti