İlk oyun Maltada baş tutacaq
İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən “Neftçi” iyunun 3-da Bakıda Maltanın “Baltsan” klubu ilə qarşılaşmalı idi. Lakin klublar arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən püşkatmadan dərhal sonra oyunların keçirilmə yeri barəsində UEFA-ya müraciət edilib. Bu gün isə UEFA tərəfindən kluba rəsmi məktub daxil olub. Məktubda “Neftçi” – “Baltsan” cütü ilə yanaşı bir neçə oyunun keçirilmə yerində dəyişiklik edildiyi qeyd olunub. Bildirilib ki, “Neftçi” və “Baltsan” klubları arasında ilk oyun iyunun 30-da Maltada baş tutacaq. Cavab matçı isə iyulun 7-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi