"Çətin tapşırıq olsa da, əlimizdən gələni edəcəyik"
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Düdelanj”ın baş məşqçisi Dino Topmöller püşkü dəyərləndirib.
Sportal.az "wort.lu" saytına istinadən xəbər verir ki, 36 yaşlı çalışdırıcı "Qarabağ"ı cütün favoriti adlandırıb:
"Bildiyiniz kimi, bu, mənim debüt matçım olacaq. Çox istəyirəm ki, oyun mənim üçün uğurlu alınsın. "Qarabağ" Avropa Liqasında kifayət qədər təcrübə qazanıb. Amma biz də asan şəkildə təslim olmayacağıq. Düzdür, "Qarabağ" cütün favoritdir. Çünki onlar son iki mövsümdə Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Topla oynamağı sevən komandadır. Çətin tapşırıq olsa da, əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, “Qarabağ” “Düdelanj” cütünün ilk oyunu iyulun 12-də, cavab qarşılaşması isə bir həftə sonra Lüksemburqda oynanılacaq.
saytlarin hazirlanmasi