Luis Ernandeslə 4 illik müqavilə imzalanıb
İngiltərə Premyer Liqasının son qalibi "Lester" heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "tülkülər" "Sportinq" Xixonun müdafiəçisi Luis Ernandeslə anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb. İspan futbolçu ilə 4 illik müqavilə imzalanıb. 27 yaşlı müdafiəçi "Lester"in düşərgəsinə iyulun 1-də qoşulacaq.
Qeyd edək ki, 2012-ci ildən "Sportinq"in şərəfini qoruyan Ernandes La Liqanın son mövsümündə 36 qarşılaşmada meydanda olub.
saytlarin hazirlanmasi