Yoxlama matçı
Avropa Liqasında təmsilçimiz "Neftçi”nin rəqibi "Baltsan” yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Malta təmsilçisi Kiprin AEK klubu ilə qarşılaşıb.
Oyun Kipr klubunun böyükhesablı qələbəsi ilə başa çatıb. AEK "Neftçi"nin rəqibinin qapısından 4 cavabsız qol keçirib.
Qeyd edək ki, "Neftçi” və "Baltsan” klubları arasında ilk oyun iyunun 30-da Maltada, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi