"Roma"dan rəsmi transfer

00:22 - 22 İyun 2016

4 illik müqavilə imzalandı
 
"Roma" son mövsümün ikinci dövrəsini icarə əsasında komandada keçirən hücumçu Stepan El-Şaaravinin transfer hüququna yiyələnib.
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi italiyalı hücumçunun transferi üçün "Milan"a 13 milyon avro ödəyib.
 
El-Şaaravi "Roma" ilə 4 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, "Milan" El-Şaaravini ötən mövsümün ilk yarısınıda "Monako"ya, ikinici dövrəsində isə "Roma"ya icarəyə vermişdi.

Xəbər xətti