Oyun "Dalğa Arena"da baş tutacaq
	 
	Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Kəpəz" - "Daçiya" oyununun başlama vaxtı müəyyənləşib. 
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş Gəncə klubunun təklifi və UEFA-nın qərarı ilə saat 20:00-da başlayacaq.
	 
	Qeyd edək ki, "Kəpəz" - "Daçiya" matçı iyunun 28-də “Dalğa Arena”da keçiriləcək.
                      
saytlarin hazirlanmasi