Hazırlıq matçı
	 
	Türkiyə toplanışını başa vuraraq dünən gecə saatlarında vətənə dönən "Kəpəz" bir günlük istirahətin ardından sabahdan məşqlərə start verəcək. 
	 
	Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Kəpəz" - "Daçiya" oyununa hazırlığı Bakıda davam etdirəcək.
	 
	Ölkə paytaxtında taktiki-texniki çalışmalara diqqət ayıracaq "sarı-göylər" iyunun 24-də yoxlama matçı keçirəcək. "Kəpəz"in rəqibi "Bakı" klubu olacaq. Birinci divizion təmsilçisinə məxsus bazada baş tutacaq oyun saat 18:00-da başlayacaq.
                      
saytlarin hazirlanmasi