Monteneqronun "Sutyeska” klubu ilə anlaşıb
Mövsüm başa çatdıqdan sonra "Zirə”dən ayrılan İqor İvanoviçin yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, monteneqrolu futbolçu karyerasını ölkəsində davam etdirəcək. "Zirə”nin heyətində debüt ilində gümüş medal qazanan yarımmüdafiəçi "Sutyeska” klubu ilə münasibətlərini rəsmiləşdirib. 25 yaşlı futbolçunun yeni klubu ilə neçə illik müqavilə imzaladığı açıqlanmayıb.
Qeyd edək ki, İvanoviç "Zirə”nin heyətində 28 oyun keçirmişdi. O, sözügedən oyunlarda 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalmışdı.
saytlarin hazirlanmasi