"Qarabağ"ın sabiq futbolçusu klubundan ayrıldı

00:28 - 23 İyun 2016

Pupon klubsuz qaldı
 
"Qarabağ”dan ayrıldıqdan sonra "Roda"ya transfer olunan Raydell Puponun Kerkrade təmsilçisindəki macəraları başa çatıb.
 
Sportal.az xəbər verir ki, "Roda" 29 yaşlı hücumçu ilə başa çatan müqaviləni yeniləməyib.
 
Qeyd edək ki, Pupon "Qarabağ" forması ilə meydana çıxdığı 15 oyunda 1 qol vura bilmişdi. O, bu ilin qış transfer pəncərəsində Erediviziya klubu ilə müqavilə imzalamışdı.

Xəbər xətti