İbrahimoviç yığmadan getdi
	 
	İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç karyerasını başa vurub.
	 
	Sportal.az xəbər verir ki, İbrahimoviçli İsveç yığması AÇ-2016-nın qrup mərhələsinin son matçında Belçika ilə heç-heçə edib. Turnirdə çıxışını dayandırdıqdan sonra İbrahimoviç belə qərar verib. Zlatan bir daha yığma komandasının formasını geyinməyəcəyini deyib. 
	 
	Qeyd edək ki, Zlatan İbrahimoviç milli komandada ilk qolunu 2001-ci il oktyabrın 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə vurub.
                      
saytlarin hazirlanmasi