Yarış Lənkəranda keçiriləcək
“Footvolley” Azərbaycanda ilk dəfə olaraq Lənkəranda keçiriləcək.
Sportal.az xəbər verir ki, Bu idman növündə iştirak etməklə komandalar öz adlarını tarixə yazacaqlar. Bu idman növü əsasən müasir futbol elementlərindən qurulmuşdur. Komanda 3 nəfərdən (2 əsas və 1 ehtiyat oyunçudan) ibarətdir. 1 – ci və 2 – ci yeri tutan komandalar pul mükafatı, diplom, kubok sahib olmaqla yanaşı, “Footvolley” üzrə keçiriləcək Beynəlxalq turnirə iştirak etmək üçün vəsiqə qazanacaq. Yarışlar Lənkəran şəhəri “Qafqaz Sahil Oteli”ndə yerləşən çimərlik futbol meydançasında təşkil olunacaq. “Footvolley” oyun qaydaları haqqında seminar 26 iyun 2016 – cı ildə saat 10:00 tarixdə yarışın keçiriləcəyi meydanda təşkil olunacaq. Seminardan sonra püşkatma mərasimi keçiriləcək. Turnirin başlama tarixi isə 27-30 iyun 2016 – cı ildə keçiriləcək. Yarışda iştirak etmək istəyən komandalar aşağıdakı nömrələrə müraciət etməklə yarış haqqında əlavə məlumat ala bilərlər.
Əlaqə nömrələri: 25-4-06-41, 055-838-24-94, 055-511-34-55
Azərbaycan “Footvolley” Federasiyası Cənub Regional Futbol
saytlarin hazirlanmasi