1 ay yaşıl meydanlardan uzaq qalacaq
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Lüksemburqun "Düdelanj" klubu itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçi Joel Pedro zədələnib. Aparılan tibbi müayinədən sonra 24 yaşlı futbolçunun sağ ayaq sümüyündə sınıq aşkarlanıb. Pedronun bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, "Qarabağ" və "Düdelanj" arasında ilk oyun iyul ayının 12-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.
saytlarin hazirlanmasi