Yoxlama matçı
“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Samtredia” Sloveniya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Gürcüstan komandası Buxarest “Dinamo”su ilə qarşılaşıb. "Samtredia" rəqibini darmadağın edib - 5:1.
Qeyd edək ki, “Qəbələ”nin “Samtredia” ilə ilk oyunu iyunun 30-da Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.
saytlarin hazirlanmasi