Krşevan Santini ilə müqavilə imzalanıb
"Neftçi" legioner qapıçı transfer edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb. Peşəkar karyerasına Xorvatiyanın “Zadar” klubunda başlamış qapıçı daha sonra “Seqesta”, “Moslavina”, “İnter” (Zapreşiç) kimi klubların formasını geyinib. 2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı “Zarya” klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin “Enosis” klubunda çıxış edib.
saytlarin hazirlanmasi