Pupon "Boluspor"da
Türkiyə PTT I Liqasında mübarizə aparan "Boluspor" klubu heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bolu təmsilçisi ötən mövsümün qış fasiləsində "Qarabağ"dan ayrılan Raydel Puponu heyətinə qatıb. Hollandiyalı futbolçu artıq tibbi müayinədən keçib. 29 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Pupon 2015/2016-cı il mövsümünün ilk yarısında "Qarabağ"ın heyətində meydana çıxdığı 15 oyunda 1 qol vura bilmişdi.