Anete Sofiya klubu ilə müqavilə imzaladı
"Neftçi"dən ayrılan Salas Quinto Antonionun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, ispan futbolçu Bolqarıstanın "Levski" klubuna qayıdıb. 30 yaşlı hücumçu Sofiya təmsilçisinin düşərgəsinə qoşulub və rəsmi müqaviləyə imza atıb.
Beləliklə, o, keçmiş komandasına qayıdacaq. Anete 2015-ci ildə "Neftçi"yə məhz "Levski"dən transfer olunmuşdu.
Qeyd edək ki, Anete ötən yay transfer olunduğu "Neftçi"də mövsüm ərzində 30 oyuna 3 qol vurub.
saytlarin hazirlanmasi