Xərçəngə qalib gəlib futbola qayıtdı

16:57 - 24 İyun 2016

Yenidən "Aston Villa"da
 
Stilian Petrov yenidən peşəkar futbolçu karyerasını bərpa edib.
 
Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi sabiq komandası “Aston Villa”nın şərəfini qoruyacaq. 
Bu barədə Birmingem təmsilçisinin rəsmi saytında məlumat yer alıb. Bildirilir ki, Bolqarıstan milli komandasının sabiq kapitanı komandanın Avstriyada baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək. 
 
Təcrübəli futbolçu sosial şəbəkə hesabı vasitəsi ilə klub rəhbərliyinə təşəkkür edib:
 
“Xəstəliyimə qalib gəldikdən sonra uzun müddət fiziki hazırlıq üzrə məşq keçdim. Bu vəziyyətə gələnə qədər çox uzun və yorucu proseslərdən keçdim. “Aston Villa” rəhbərliyinə mənə belə bir imkan yaratdığı üçün təşəkkür edirəm”. 
 
Qeyd edək ki, Petrov 2012-ci ildə "qan xərçəngi” xəstəliyinə tutulmuşdu. O, 2013-cü ilin may ayının 9-da məhz xəstəliyi səbəbiylə karyerasını bitirdiyini açıqlamışdı.

Xəbər xətti