"Qəbələ"nin sabiq futbolçusu yeni klubunda debüt etdi

15:07 - 26 İyun 2016

Dodo ilk matçını keçirdi
 
"Qəbələ"dən ayrılan Dodo yeni komandası - "Yoinvill"də debüt matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, 5 ildən sonra ölkəsinə qayıdan Dodo ilk matçında 90 dəqiqə meydanda olub. Braziliya B seriyasında keçirilən "Parana" - "Yoinville" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Xatırladaq ki, Dodo 2011/16-cı illərdə "Qəbələ"nin formasını geyinib.

Xəbər xətti